Avq 04, 2022 13:40 Asia/Baku
  • Sionist hərbçilər bir fələstinlinin evini dağıdıblar

Sionist rejim hərbçiləri öz zalımcasına hərəkətlərinin davamında qəsb edilmiş Qüdsdə bir fələstinlinin evini dağıdıblar.

SəhərAzəri-nin məlumatına əsasən, bu qəddarlığı işğal olunmuş Qüdsdə yerləşən Silvan qəsəbəsinə hücum zamanı törədən sionist rejim hərbçiləri fələstinli ailənin üzvlərinə qarşı güc tətbiq edib və onları evdən çıxarıblar. Nəticədə ailənin bütün üzvləri evsiz-eşiksiz qalıb və didərgin düşüblər.

Hadisəni görənlər deyirlər ki, bu ailə on beş il imiş, həmin evdə yaşayırmış.

Sionist rejim hərbçiləri bir neçə gün əvvəl də qərb sahilinin şimalında bir fələstinli mənzilini dağıtmışdılar.

Teqlər