Avq 30, 2022 22:34 Asia/Baku
  • Əl-Amiri: Müqtəda Əs-Sədrin təşəbbüsü cəsarətli idi

İraqın Əl-Fəth Koalisiyasının sədri Müqtəda Əs-Sədrin İraq xalqından üzr istəmək tğşəbbüsünü cəsarətli və təqdirə layiq adlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, İraqın Sədr Hərəkatının rəhbəri Müqtəda Əs-Sədr bir saatlıq bir ultimatum təyin edərək, tərəfdarlarını Yaşıl Zonanı tərk etməyə çağırıb və deyib: "Əgər tərəfdarları bir saat ərzində Yaşıl Zonadan çıxmasalar, mən Sədr Hərəkatından çıxacaq". 

İraqın "Va" rəsmi xəbər agentliyinin məlumatına görə, İraqın Əl-Fəth Koalisiyasının sədri Hadi Əl-Amiri bir bəyanat yayaraq, bildirib ki, Müqtəda ƏS-Sədrin silahlı zorakılığa son qoymaq təşəbbüsü cəsarətli və təqdirə layiqdir və bu, düşmənlərin İraqda döyüş vəziyyətini genişləndirməyə mərc etdiyi kritik bir məqamda baş verdi.

İraqın Əl-Fəth Koalisiyasının sədri hər kəsi qan tökülməsini və fitnəni dayandırmaq üçün oxşar addımlarla Müqtəda Əs-Sədrdən nümunə götürməyə çağırıb.

O, siyasi blokadadan çıxmaq üçün bütün milli qüvvələri əməkdaşlığa çağırıb.

İraqın Ali İslam Məclisinin sədri Şeyx Humam Həmudi də bir bəyanat yayaraq, Müqtəda Əs-Sədrin məktəbin övladı olduğunu sübut etdiyini və İraqın dini və xalqı üçün canını verməyə hazır olduğunu bildirib. 

Həmudi vurğulayıb ki, islahatlarla suverenliyin qorunması arasında heç bir ziddiyyət yoxdur və hər biri digərini tamamlayır. Suverenlik zədələnəndə islahatlar faydasızdır.

İraq Ali İslam Məclisinin sədri, həmçinin bəyan edib ki, biz əl-ələ verib suverenliyi qoruyub saxlamalı və onu bütün qrupların iştirakı ilə və konstitusiya əsasında inkişaf etdirməli və xalqın mənafeyini və firavan və təhlükəsiz yaşamasını təmin etmək üçün onun yanlış yolunu islah etməliyik. 

Dünən İraqın Sədr Hərəkatının lideri Müqtəda Əs-Sədrin siyasətdən getdiyini elan etməsindən sonra bu hərəkatın tərəfdarları pərakəndə qruplar şəklində Yaşıl Zonada nümayişlər keçirərək, İraqın hökumət binalarına daxil olublar.

Teqlər