Sen 11, 2022 20:47 Asia/Baku
  • İraqda avtobus partlayıb; ölən və yaralananlar var

İranın Qırmızı Aypara Cəmiyyətinin sədri deyib: Əldə olunan məlumatlara görə, İraqın Babil vilayətinin Şumli şəhərinin yanacaqdoldurma məntəqəsində bir ədəd avtobus partlayıb. Hadisədə on bir nəfər ölüb, otuz nəfər isə yaralanıbdır.

SəhərAzəri-nin məlumatına əsasən, Pir Hüseyn Kulivənd qeyd edib ki, bu cəmiyyətin təcili yardım avtobus-maşınları hadisə yerindədirlərlər və yardım əməliyyatı davam edir.

Bədən xəsarəti alanlar arasında iranlıların da olduqlarını dilə gətriən Kulivənd deyib ki, həyatlarını itirənlərin kimlik və milliyyətləri məlum deyil və bu məsələ müəyyən edildikdən sonra mükəmməl informasiya elan olunacaqdır.

İranın qərbində yerləşən İlam vilayətinin Qırmızı Aypara Cəmiyyətinin icraçı müdiri Qulamrza Əliməhəmmədi isə belə söyləyib: Yanacaqdoldurma məntəqəsinin ərazisində üç avtomobilin partlaması hadisəsində avtomobillərdən birinin çəninin partlamasına görə, güclü partlayış baş verib.

Onun sözlərinə görə, hadisənin şiddəti yüksəkdir. Nə qədər iranlı və ya iraqlı zəvvarın olduğu məlum deyil, lakin qəti surətdə onların arasında iranlı zəvvarlar da vardır.

 

Teqlər