Qərb sahilində anti-sionist əməliyyat keçirilib
İnformasiya mənbələri dünən gecə xəbər veriblər ki, Fələstin müqavimət qüvvələri sionist qəsəbə sakinlərini daşıyan bir avtobusu atəşə tutublar.
Əməliyyat İordan çayının qərb sahilində yerləşən Nablus şəhərinin cənubundakı Zətərə yoxlama-buraxılış məntəqəsinin yaxınlığında keçirilib.
İşğalçı rejim qüvvələri həmin atəşaçmadan sonra Nablus şəhəri ətrafındakı yoxlama-buraxılış məntəqələrini bağlayıblar.
Bu barədə artıq təfərrüat verilməyib.
Sözügedən əməliyyatın fonunda qeyd edək ki, bundan öncə sionist rejim mediaları,/ rejimin hərbi və təhlükəsizlik orqanlarının/ gərginliyin Qəzzə zolağından işğal olunmuş ərazilərin digər bölgələrinə və şimal səmtə doğru genişlənməsi və şiddətlənməsindən qorxmaları və bunu proqnoz etmələrindən xəbər vermişdilər.
İordan çayının qərb sahili xüsusiyyət təşkil etməklə işğal olunmuş ərazilərin hazırkı şəraiti son dərəcə xasdır. Fələstinli döyüşçülər sionistlərin saysız-hesabsız cinayətlərinin cavabını hər bir vasitə ilə verirlər və bu məsələ qəsbkar sionistlər üçün xüsusi şəraitə səbəb olubdur.
Bundan öncəyədək sionistlər yalnız işğal olunmuş ərazilərin cənubunda və Qəzzə bölgəsində fələstinlilərlə vuruşurdular. İndi isə Fələstinin şərqində yerləşən İordan çayının qərb sahili, onun gənclərinin silahlanmalarına görə, qorxaq sionistlərə qarşı pusqu məkanına çevrilib və onları rahat yuxudan məhrum edibdir.