May 03, 2023 18:25 Asia/Baku
  • Sionist rejim başçıları təcili toplantı keçiriblər

Sionist sakinli qəsəbələrə müqavimət raketlərinin atılması nəticəsində 7 sionist yaralanıb. Bu məsələ Qüdsü işğal edən rejimin baş nazirinin bu rejimin digər rəhbərləri ilə görüş keçirməsinə və bu hücumların ölçülərini araşdırmasına səbəb olub.

SəhərAzəri-nin məlumatına görə, Fələstin mediası dünən müqavimət qruplarının raket hücumundan sonra işğal olunmuş Fələstin torpaqlarında hava hücumu sirenlərinin səsləndiyini bildirib.

Fələstin müqavimət qrupları dünən Qəzzə zolağı ətrafında sionist rejimin mövqelərinə doğru 20-dən çox raket atıblar. Dəmir Qübbə sistemi yenə də bütün raketləri ələ keçirə bilməyib və raketlərin bir hissəsi işğalçı sionistlərin "Sderot" qəsəbəsindəki evlərinə düşüb və yanğına səbəb olub. Bu raketlərin atılmasından sonra yeddi sionist mühacir yaralanıb və onlardan birinin vəziyyətinin çox ağır olduğu bildirilir.

Sionist rejim ordusunun sözçüsü də Qəzzə zolağından Fələstinin işğal olunmuş ərazilərinə doğru 22 raketın atıldığını, onlardan 4 raketin ələ keçirildiyini bildirib. Həmişə olduğu kimi bu sionist məmur daha 16 raketin qeyri-yaşayış ərazilərə düşdüyünü iddia edib, lakin yayımlanan görüntülər bu hücumlar nəticəsində sionistlərin bir çoxunun evlərinin dağıldığını və xəsarət aldığını göstərir.

Fələstin liderlərindən və döyüşçülərindən olan Xızr Ədnanın şəhadətinə cavab olaraq, həyata keçirilən bu hücumlardan sonra sionist rejimin baş naziri Binyamin Netanyahu müharibə naziri, ordusunun baş  qərargah rəisi, Şabak sədrinin müavini, baş nazirin hərbi müşaviri və bir sıra sionist komandirlər ilə birlikdə bu hücumları nəzərdən keçirmək üçün fövqəladə toplantı keçiriblər.

Sionist rejimin "kanal 14" televiziya kanalı da bu hücumdan sonra Sderotda bir evin tamamilə dağıldığını bildirib. Bu reportajla eyni zamanda bəzi digər mənbələr Sderotda biri tikilməkdə olan üç evin dağıldığını bildiriblər.

Fələstin müqaviməti bir bəyanatda bu hücumun Fələstin İslami Cihad Hərəkatının yüksək səviyyəli üzvü "Xızr Ədnanın" şəhadətinə ilkin cavab olaraq, həyata keçirildiyini açıqlayıb. Müqavimət qrupları bu rejimin istənilən axmaqlığına cavab verəcəklərini vurğulayıblar.

Teqlər