Səudiyyə Ərəbistanı sionist diplomatların “YUNESKO”-da iştirakına icazə vermədi
Məlumata görə, Səudiyyə Ərəbistanı sionist rejim nümayəndələrinin ər-Riyadda “UNESCO”-nun sentyabr iclaslarında iştirakına icazə veriləcəyi sənədi hələ imzalamayıb.
“Axios” internet saytı bu haqda yazıb ki, Qərb diplomatları və sionist rəsmilər Səudiyyə Ərəbistanının bu sənədi imzalamamaq barədə hər hansı xüsusi açıqlama verməyiblər. Amma onlar açıq şəkildə bildiriblər ki, əsas problem İsrail rejimidir.
Daha sonra bu hesabatın davamında bildirilir ki, Səudiyyə Ərəbistanı İsrail nümayəndələrinin Ər-Riyadda “Ümumdünya İrs Komitəsi”-nin iclaslarında iştirak etməyə razılıq verərsə, bu, ilk dəfə olaraq sionist rəsmilərin Səudiyyə Ərəbistanına gəlməsinə icazə veriləcək.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatına (UNESCO) bağlı Ümumdünya İrs Komitəsinin 10-25 sentyabr tarixlərində Ər-Riyadda keçirilməsi planlaşdırılan 45-ci ümumi toplantı təşkil ediləcək.