Ərəbistandan inanılmaz addım:
Sionist diplomatlar Bin Salmanın iştirak etdiyi beynəlxalq tədbirə buraxılmayıblar
Səudiyyə Ərəbistanı iki israilli diplomatın Fransada bu ölkənin vəliəhdi Məhəmməd bin Salmanın iştirak etdiyi qlobal tədbirdə iştirakına mane olub.
Bu xəbərə əsasən, iki İsrail diplomatı "Expo-2030" konfransında iştirak etmək üçün getsə də, Məhəmməd bin Salman konfransda iştirakı etdiyinə görə, onlar bu konfransa buraxılmayıb və son anlarda adlarının bu konfransa dəvət olunanlar siyahısından çıxarıldığını anlayıblar.
İşğalçı rejimin xarici işlər nazirliyindəki bəzi mənbələr açıqlayıb ki, diplomatların adlarının dəvətlilər siyahısından çıxarılması Səudiyyə Ərəbistanının sionist rejimin Fələstin məsələsi ilə bağlı son siyasətlərinə, Cenin və İordan çayının qərb sahilindəki gərginliyə reaksiyası ola bilər.
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman təxminən bir həftə əvvəl Fransa prezidenti Emmanuel Makron ilə görüşmək və Yeni Dünya Maliyyə Sazişi Sammitində, həmçinin Səudiyyə Ərəbistanının Ümumdünya Ekspo-2030 sərgisinə ev sahibliyi etmək üçün namizədliyinin qarşılanma mərasimində iştirak etmək üçün Parisə səfər etmişdir.