Sionist rejim Livana hücum edib
Sionist rejim ordusu Livanın cənub-şərq bölgələrini hədəfə alıb.
Bu hücumda Kəfər-Şuba və Həlta qəsəbələrinin ətrafı/ azı iyirmi ədəd yüz əlli beş millimetrlik artilleriya mərmisi ilə hədəfə alınıb. Nəticədə bölgədəki əkin sahələrinin bir hissəsində yanğın baş veribSionist rejim/ bu rejim ordusunun işğal olunmuş Qəcər bölgəsindəki mövqelərinə tərəf üç raketin atıldığı və artilleriya hücumunun bu raket atışına cavab olaraq həyata keçirildiyini iddia edib.
Hal-hazırda bölgədə vəziyyət gərgindir.
Bu gün öz bəyanatlarında sionist rejimin Qəcər kəndinin Livan bölməsindəki qəsbkarlıq hərəkətlərinə işarə edən Livan Hizbullahı, bu hərəkətlərin dərhal dayandırılması vacibliyinə təkid edib.
BMT tərəfindən cızılmış sərhəd xəttinə əsasən, işğal olunmuş Qəcər kəndinin Livanın cənub-şərqində yerləşən yarı hissəsi Livana aiddir.
Bu xətt iki mininci milad ilində çəkilib. Sionist rejim isə bu kəndin Livana aid olan hissəsini işğal altında saxlamaqda davam edir.