Sionist rejim ordusunda tüğyan davam edir
Sionist rejim ordusundakı tüğyan və «məhkəmə islahatları» adlı plana etirazların davamında bu rejimin dəniz qüvvələrinin ultra-xüsusi komando bölməsindəki 420 ehtiyat qüvvəsi Netanyahu hökumətinə qarşı etirazlara qatılıb.
Kəskin daxili müxalifətlərə rəğmən, sionist rejimin baş naziri Benyamin Netanyahunun məhkəmə sistemində dəyişiklik qanunu həyata keçirməyə israr etməsinin ardınca bu rejimin dəniz qüvvələrinin ultra-xüsusi komando bölməsi- «ŞAYETET-13»dəki 420 ehtiyat qüvvəsindən çoxu bildiribdir ki, «məhkəmə qanunlarına düzəliş» kimi iddia olunan prosesin dayandırılmayacağı zamanadək ehtiyat qüvvələrindəki könüllü iştirakını ləğv edəcək.
Sionist rejim ordusundakı üç əsas ultra-xüsusi bölmədən biri və sözügedən ordunun dəniz qoşunlarının əmri altda olan «ŞAYETET-13» ultra-xüsusi komando bölməsi, həmin ordunun xilasetmə və anti-terror adlandırılan bəzi əməliyyatlarında məsuliyyət daşıyır.
Quru, hava və dəniz hücum qabiliyyətlərinə malik olan bu bölmənin qüvvələri təkcə ordunun dəniz qüvvələrində fəaliyyətlə məhdudlaşmırlar. «ŞAYETET-13» qüvvələri düşmən ərazisinin içərilərində gizli əməliyyatlar,/ eyni vaxtda hücumlar/ və dəniz zərbə hücumları qabiliyyətinə malikdirlər.
İlk dəfə deyildir ki, sionist rejim ordusunun qüvvələri qondarma «məhkəmə islahatları» qanun layihəsinə etiraz olaraq, öz itaətsizliklərini elan edirlər.
Sionist rejim ordusunun hava qüvvələrinin əməliyyat bölməsinin ehtiyat qüvvələrindən də yüzlərlə nəfər iki həftə bundan öncə/ «məhkəmə islahatları» layihəsinin tam şəkildə dayandırılmasınadək xidmətdən boyun qaçırmağa dair qərarını elan etdi. Bundan qabaq isə sionist rejimin baş nazirinə ünvanlanan petisiyanı imzalamış bu rejim ordusununun ehtiyatda olan yüzlərlə hərbçisi qalmaqallı «məhkəmə islahatları» planının qəbul olunmasının nəticələri barədə xəbərdarlıq etmişdi.