İyul 14, 2023 13:12 Asia/Baku
  • Qərbi Asiyada istilik dalğası haqda xəbərdarlıq

Ekspertlər xəbərdarlıq ediblər ki, yeddi ərəb ölkəsi qarşıdakı bir neçə gündə kəskin istilik dalğası ilə müşayiət olunan “hərarət günbəzi” adlı fenomenin şahidi olacaq. Bu fenomen insanların həyatı üçün bir təhdid ola bilər.

Ekspertlərin proqnozlarına əsasən, Misir, İraq, Ərəbistan, Suriya, Livan, Fələstin və İordaniyada havanın hərarəti əlli dərəcədən yuxarı olacaq.

İki gündən yeddi günədək davam edə biləcək bu fenomen insanlar, xüsusən yaşlıların sağlamlıqları üçün bir təhdiddir.

Ən ölümcül istilik dalğası 2003-cü ildə Avropada baş verib və otuz min nəfərin ölümünə bais olub.