Okt 21, 2023 12:17 Asia/Baku
  • “Müqavimət yaxşı vəziyyətdədir, qalib gələcəyik”

Fələstinin Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatı (HƏMAS) işğalçı İsrail rejiminin törətdiyi vəhşiliklərlə bağlı bəyanat yayıb.

HƏMAS yaydığı bəyanatda bildirib ki, işğalçı sionist rejim öz zəif ordusunun itirilmiş əhval-ruhiyyəsini gücləndirmək və sionist rejimin itirilmiş mövqeyini bərpa etmək üçün Qəzzədə fələstinlilərə qarşı hərbi cinayətlər və soyqırım törədir.

Bəyanatda deyilir: “Sionist rejim Əl-Əqsa Tufanı əməliyyatının ilk saatlarında düçar olduğu məğlubiyyəti heç vaxt unutmayacaq və törətdikləri cinayətlər onların çaşqınlıqlarının, çarəsizliklərinin sübutudur. Lakin Müqavimət yaxşı vəziyyətdədir, xalqımız öz torpağını tərk etməyəcək, nəyin bahasına olursa olsun, onlar işğalçıların təkəbbürü qarşısında heç vaxt təslim olmayacaq.”

HƏMAS qeyd edib ki, İordan çayının qərb sahilindəki həbslər və repressiya dalğası millətin müqaviməti dəstəkləməsinə, torpaqlarını və müqəddəs məkanları müdafiə etməsinə mane olmur.

Bəyanatda vurğulanır: “İordan çayının qərb sahili müqavimət silahını əlinə alacaq, onu gücləndirməklə və cavanların vasitəsilə müqavimətin işğalçılara qarşı mübarizəsinə kömək edəcək.”