Okt 23, 2023 12:08 Asia/Baku
  • Qəzzədə 31 məscid tam şəkildə dağıdılıb

Terrorçu İsrail rejiminin Qəzzə zolağına qarşı bombardmanları nəticəsində 31 məscid tamamilə dağılıb.

Qəzzədəki Vəqf Nazirliyi məlumat yayaraq bildirib ki, bu sayda məscid 7 oktyabrdan bəri gedən müharibədə viran edilib.

Sosial şəbəkə istifadəçiləri qaniçən İsrail rejiminin vandallığını ermənilərin işğal zamanı Qarabağ və ətraf rayonlardakı vandallığı ilə müqayisə edir, işğalçıların oxşar xislətə malik olduqlarını deyirlər.

Ötən əsrin 90-cı illərində ermənilər Azərbaycan müsəlmanlarının 67 məscidini və 192 ziyarətgahını yerlə yeksan etmişlər.

Xatırladaq ki, İsrail rejimi məscid və ibadət yerləri, xəstəxana və yaşayış binalarına fərqi qoymadan, beynəlxalq hüquqla vurulması qadağan olan obyektləri belə hədəfə almaqdan çəkinmir. Bu qısa müddət ərzində qətlə yetirilən dinc və günahsız fələstinlilərin sayı 4600-ü keçib, 14000-dən çox insan yaralanıb. Qətlə yetirilənlərin əksəriyyətini qadınlar və uşaqlar təşkil edir.