Sionistlər müsəlmanların inanc yerini də hədəfə alırlar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i407782-sionistlər_müsəlmanların_inanc_yerini_də_hədəfə_alırlar
Cinayətkar İsrail Qəzzədə 400-ə yaxın məscidi dağıdıb
(last modified 2024-06-07T05:07:56+00:00 )
Yan 22, 2024 06:51 Asia/Baku
  • Sionistlər müsəlmanların inanc yerini də hədəfə alırlar

Cinayətkar İsrail Qəzzədə 400-ə yaxın məscidi dağıdıb

Sionist İsrail Fələstinin dini və mədəni irsini silmək məqsədilə bir çox tarixi məscid və mədəni irsi dağıdıb.

Bu məlumata əsasən, 107 gündür Qəzzədə soyqırım törədən İsrail rejimi həyatın hər sahəsini vəhşicəsinə məhv etməyə davam edir. Minlərlə müsəlmanı şəhid edən İsrail Qəzzədə 400-ə yaxın məscidi də dağıdıb.

Hücumlarda 157 məscid tamamilə dağıdıldığı halda, 246 məscid qismən dağıdılıb. Bundan əlavə, işğalçı qüvvələr tərəfindən 200 arxeoloji və tarixi abidə məhv edilib.