Fev 19, 2024 21:44 Asia/Baku
  • Qəzzə şəhidlərinin sayı 29 min 92-yə çatıb

Qəzzə səhiyyə nazirliyi sionist rejimin təcavüzlərinin qurbanlarının sayının iyirmi doqquz min doxsan iki şəhidə və altmış doqquz min iyirmi səkkiz yaralıya çatdığını bildirib.

Nazirlik əlavə edib: İşğalçılar ötən sutka ərzində fələstinlilərə qarşı doqquz dəfə qırğın törədiblər ki, nəticədə yüz yeddi nəfər şəhid olubdur.

Xan Yunus xəstəxanalarının xariclə əlaqələri kəsilib və qəsbkar qüvvələrlə Fələstin müqaviməti arasında müxtəlif bölgələrdə gedən döyüşlər davam etməkdədir.

Hadisələrin çoxu Xan Yunusda baş verir. Belə ki, bu günün ilk saatlarında orada on iki nəfər şəhid olub. Onlardan biri sionist rejim snayperlərinin atəşinə tuş gəlib və şəhid olub. Yerdə qalanlar da beşinci küçədə işğalçı rejim qırıcılarının hədəflərinə çevrilib və şəhid olublar. Bir qrup insan da yaralanıbdır ki, onlardan bəziləri Ələqsa şəhidləri xəstəxanasına köçürülüblər.

Qəsbkar hərbçilər hələ ki, Ələməl və Nasir xəstəxanalarındadırlar. Bu xəstəxanalarda olan insanlarla əlaqələr kəsilib. İşağlçılar xəstəxanaların tibb işçiləri və həkimlərindən bir qrupunu həbs ediblər. Xəstələr barədə də heç bir məlumat yoxdur. Yalnız bir məlumat var. O da budur ki, xəstələrdən səkkiz nəfər xəstəxanada oksigen ehtiyatının bitməsi üzündən, reanimasiya və intensiv terapiya bölməsində həyatını itiribdir.

 

Teqlər