Xunta rejiminin soyqırımı davam edir
Mart 05, 2024 20:10 Asia/Baku
Qıtlıq Qəzzənin şimalında 700 min fələstinlinin həyatını təhdid edir
Qəzzədə hökumət informasiya ofisi bölgədə aclığın dərinləşməsi ilə bağlı xəbərdarlıq edib.
Bildirilir ki, sionist rejim ordusu yardımların Qəzzənin şimalına daxil olmasına mane olmaraq, bu bölgədəki 700 min fələstinlinin ölüm təhlükəsi ilə üzləşməsinə bais olub.
İnformasiya ofisi Qəzzə zolağında aclığa son qoymaq üçün təyyarələrdən yardımın atılmasını ideal həll yolu hesab etməyib və vurğulayıb: “Bu sahədə yeganə həll yolu keçidlərin yenidən açılması və hər gün humanitar yardım daşıyan 1000 yük maşınının bu əraziyə daxil olmasına icazə verməkdir.”
Qeyd olunur ki, Qəzzənin şimalına yardımın dayandırılması bu bölgədə 700 min fələstinliyə qarşı edam hökmünün icrası deməkdir.