Ərəb saytı Livan Hizbullahının İsraili pat vəziyyətə saldığını yazır
Hizbullah hər gün Təl-Əviv üçün sürprizlər hazırlayır
Sionist rejimin Qəzzəyə qarşı müharibəsindən ötən hər gün Livan Hizbullahı sionist düşmən üçün yeni sürprizlər göstərir.
“Hizbullahın sürprizləri” başlıqlı məqalədə Ən-Nəşrə xəbər portal yazıb: “Hizbullah hərtərəfli müharibənin qarşısını almağa çalışır, lakin heç vaxt İsrail hakimiyyətinin təhdidlərinə boyun əyməyib. Belə ki, Hizbullah Təl-Əvivin hər bir hərəkətinə əzici cavab verir. Dahiya hədəf alındıqda, Hizbullah Miron bazasına hücum etdi və istifadə etdikləri silah növü 10 kilometr mənzilli yeni Kornet idi”.
Mənbə qeyd edir ki, Hizbullah üfüqi istiqamətdə hərəkət edən idarə olunan raketlərə malikdir və Dəmir Qübbə onlarla mübarizə apara bilmir. Bu, Hizbullahın sərhəddən 10 kilometr geri çəkilməsini istəyən israillilər üçün sürprizdir.
Məqalədə həmçinin deyilir: “İsrail rejiminin hərəkətləri şiddətləndikdən sonra Hizbullah başlığında kamera olan və uzaqdan idarə oluna bilən, görünməz hədəfləri hədəfə ala bilən Almas raketlərindən istifadə etməyə başladı. Bundan əlavə Hizbullah çiyindən atılan yer-hava raketlərini nümayiş etdirdi və qabaqcıl Hermes 450 və 900 PUA-ları hədəf aldı və bu, hava üstünlüyündən dəm vuran İsrail ordusu üçün böyük bir sürpriz oldu”.
Ən-Nəşrə sonda qeyd edib: “Hizbullahın hələ də düşmən üçün sürprizləri var, onun quru, dəniz və hava hədəflərinə qarşı raketləri var və düşmən bilir ki, genişmiqyaslı müharibə əyləncəli olmayacaq və dənizdəki qaz platformaları da döyüş meydanının bir hissəsi olacaq.
Bu arada ən son məlumata əsasən, İsrailin sərhəd rayonu Hirbet-Maerdə artilleriya bazasına raket hücumuna görə məsuliyyəti Hizbullahın silahlı qanadı öz üzərinə götürüb.
Bildirilib ki, zərbə nəticəsində İsrail hərbçiləri arasında ölən və yaralananlar var.