May 02, 2024 16:55 Asia/Baku
  • İsrail rejim əleyhinə etiraz dalğası səngimək bilmir

Amerikanın müxtəlif şəhər və universitetlərində, o cümlədən Nyu-York, Vaşinqton, Dallas və Yeni Orleanda Fələstin tərəfdarları İsrail rejim əleyhinə kütləvi aksiyalara davam edir.

Associeted Press-in məlumatına görə, Nyu Yorkdakı Kolumbiya Universitetinin tələbə və müəllim heyəti əllərində yazılı plokatlar tuturaq Amerika polisinin tələbələrə qarşı zorakılıqları ilə və çoxlu sayda tələbənin həbs edilməsini pisləyən şüarlar səsləndiriblər.

Qeyd edək ki, Birləşmiş Ştatlar polisi hələ daha iki həftə də Kolumbiya Universitetində olacaqlarını açıqlayıblar.

Bununla belə aktivistərin Qəzzədə müharibənin dayandırılmasını tələb edən dinc aksiyaları ABŞ-ın Corc Vaşinqton və Tulane universitetlərində də davam edir.

Məlumatda polisin tələbələrin çadırlarını yığışdıraraq onları Tulan Universitetinin şəhərciyindən çıxardığı və 20-yə yaxın tələbəni həbs etdiyi bildirilir.

Xatırladaq ki, son iki həftədə amerikalı tələbələrin Qəzzədə sionist rejimin cinayətlərinə qarşı nifrəti səbəbi ilə Amerika etiraz dalğaları daha da genişlənir və indiyədək sionist rejimin soyqırımına etiraz edən 1500-dən çox amerikalı tələbə polis qüvvələri tərəfindən həbs edilib.

Dünyanın digər universitetlərində də tələbələr amerikalı tələbələrlə birlikdə Fələstin xalqına və sionist rejimin Qəzzə zolağında müharibəsinin dayandırılmasına dəstək məqsədilə oturaq aksiyalar və nümayişlərə də başlayıblar. Almaniyada Fələstin xalqına dəstək üçün çadırlar qurulub.

Fransanın paytaxtı Pars şəhərinin bir çox yerlərində anti-sionist nümayişlər keçirildiyi və etirazçılarla polis qüvvələri arasında toqquşmalar baş verdiyi bildirilir.

Yeni Zelandiyanda, Pakistanın Lahur və Kəraçi Universitetinin tələbələri də Fələstin xalqına dəstək nümayişi keçiriblər.

Eyni zamanda, Böyük Britaniyanın paytaxtı Londonda insanlar nümayişlər keçirərək, sionist rejimə silah göndərilməsini dayandırmağı tələb ediblər.

 

Teqlər