İslam Əməkdaşlıq Təşkilatından çağırış:
Fələstin dövləti dünya ölkələri tərəfindən rəsmən tanınmalıdır!
Trinidad və Tobaqo Respublikasının Fələstin Dövlətini tanımaq qərarından sonra İslam Əməkdaşlıq Təşkilatı bütün dünya ölkələrini Fələstin Dövlətini tanımağa çağırıb.
İƏT öz bəyanatında Trinidad və Tobaqo Respublikasının Fələstin dövlətini tanımaq qərarını alqışlayıb və əlavə edib ki, bu mühüm addım beynəlxalq qanunlara və Birləşmiş Millətlər Təşkilatının bu sahədəki qərarlarına uyğundur və Fələstin xalqına öz qanuni hüquqları, o cümlədən öz müqəddəratını təyin etmək və 4 iyun 1967-ci il sərhədlərinə əsaslanan, paytaxtı Qüds olmaqla müstəqil Fələstin dövlətinin yaradılması üçün səy göstərmək imkanı verir.
57 müsəlman ölkəsindən ibarət olan bu təşkilat bir daha Fələstin dövlətini hələ də tanımayan bütün dünya ölkələrindən Fələstin dövlətinin tanınması istiqamətində Fələstin xalqına ən qısa zamanda dəstək vermələrini və İsrail rejiminin işğalına son qoymaq, bölgədə sülh və sabitliyin bərqərar olması və müvafiq beynəlxalq qətnamələrin həyata keçirilməsi məqsədi ilə beynəlxalq səylər həyata keçirmək üçün addımlar atmasını xahiş edib.