Rəfəhə hücum sözlə ifadə edilməyən faciə olardı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i410927-rəfəhə_hücum_sözlə_ifadə_edilməyən_faciə_olardı
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin humanitar məsələlər və fövqəladə yardım koordinatoru işğalçı İsrailin Rəfəh şəhərinə qarşı quru əməliyyatının "sözlə ifadə edilməyəcək bir faciədən başqa bir şey olmadığını" deyərək xəbərdar edib.
(last modified 2024-05-05T06:16:58+00:00 )
May 05, 2024 10:15 Asia/Baku
  • Rəfəhə hücum sözlə ifadə edilməyən faciə olardı

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin humanitar məsələlər və fövqəladə yardım koordinatoru işğalçı İsrailin Rəfəh şəhərinə qarşı quru əməliyyatının "sözlə ifadə edilməyəcək bir faciədən başqa bir şey olmadığını" deyərək xəbərdar edib.

Martin Qriffits bildirib ki, İsrail Qəzzənin cənubundakı Rəfəh şəhərinə hərbi hücuma başlayarsa, yüz minlərlə insan "ölüm riski ilə üzləşəcək".

Rəfəhin HƏMAS-ın "qalası" olduğunu iddia edən xunta rejimi daha əvvəl şəhərdə quru əməliyyatına başlayacağını açıqlamışdı.

Bundan sonra dünyanın müxtəlif ölkələrindən olan liderlər İsrailin baş naziri Benyamin Netanyahuya Rəfəhə hər hansı hücumla bağlı xəbərdarlıq ediblər.