May 06, 2024 15:08 Asia/Baku
  • Pilotsuz təyyarələr işğal altındakı Eylatda bir bazaya hücum edib

İraqın İslami müqavimət qüvvələri növbəti dəfə işğal altındakı Eylat limanında İsrail rejiminin hava bazasını hədəfə alıb.

Təsnim Beynəlxalq Xəbər Agentliyinin məlumatına görə, İraq İslami Müqaviməti bu bazar ertəsi səhər saatlarında İsrail rejimi ordusunun Umm əl-Rəsraş (Eylat) limanındakı hərbi bazasını pilotsuz təyyarə ilə hədəfə aldığını açıqlayıb.

İraq İslami Müqaviməti bununla bağlı yaydığı bəyanatda Qəzzədə müqavimətə və Fələstin xalqına dəstək məqsədi ilə hücumlarını davam etdirəcəyini bir daha vurğulayaraq, bu hücumların müharibə tamamilə dayandırılana və Qəzzəyə qarşı blokadaya son qoyulana qədər davam edəcəyini bildirib.