İsrail BMT-nin Qəzzədəki obyektlərini vurub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i410946-İsrail_bmt_nin_qəzzədəki_obyektlərini_vurub
İsrail HƏMAS döyüşçülərinin axtarışını əsas gətirərək UNRWA-nın obyektlərinə hücum edib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
May 06, 2024 11:41 Asia/Baku
  • İsrail BMT-nin Qəzzədəki obyektlərini vurub

İsrail HƏMAS döyüşçülərinin axtarışını əsas gətirərək UNRWA-nın obyektlərinə hücum edib.

Bu məlumata əsasən, sionist İsrail qüvvələri Qəzzənin mərkəzində BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin Yaxın Şərqdəki obyektləri kompleksinə hücum edib.

UNRWA binaları qaçqınlara sığınacaq vermək üçün istifadə olunur.

Qeyd edək ki, UNRWA Yaxın Şərqdə çalışan BMT agentliyidir və 30 mindən çox işçisi var. Onların böyük əksəriyyəti fələstinlilərdir. Təşkilat Qəzzə zolağı, İordan çayının qərb sahili, Suriya və Livandakı fələstinli qaçqınlara, o cümlədən onlara təhsil və sosial xidmətlər göstərməklə kömək edir.

Saxta İsrail rejimi UNRWA agentliyin işçilərini 2023-cü ilin oktyabrında HƏMAS hücumunda əli olmaqda ittiham edir.