May 08, 2024 15:39 Asia/Baku
  • Hollandiyalı vəkillər İsrail rejimi ilə bağlı tələb irəli sürdülər

Netanyahunun həbsinə order verilsin!

Bir qrup hollandiyalı vəkil sionist rejimin baş naziri Benyamin Netanyahunun Qəzzədə törətdiyi cinayətlərə görə onun həbsinə order verilməsini istəyib.

Bu məlumata əsasən, hollandiyalı hüquqşünaslardan ibarət bu qrup Haaqa Beynəlxalq Cinayət Məhkəməsindən Netanyahu və digər İsrail rəsmilərinin həbsinə order verilməsini və onun ən qısa zamanda icrasını tələb edib.

Bundan əvvəl ivrit dilində çıxan “Yediot Aharonot” qəzeti sionist rəsmilərə istinadən xəbər vermişdi ki, bu rejimin məsul şəxslərinin həbsinə dair orderin Haaqa Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən gizli şəkildə veriləcəyi ehtimalı var və onlar yalnız işğal olunmuş ərazilərdən kənara çıxdıqdan sonra bundan xəbər tutacaqlar.

Qeyd olunur ki, ABŞ hökuməti Haaqa Məhkəməsinin Netanyahu haqqında həbs qərarı verməsinin qarşısını almağa çalışır.

 

Teqlər