İyun 16, 2024 13:28 Asia/Baku
  • Xunta rejimi pat vəziyyətinə düşüb

Livan Hizbullahı sionist rejimin təcavüzünə cavab olaraq, işğal olunmuş Fələstinin şimalında bu rejim ordusunun mövqelərinə hava hücumlarını intensivləşdirib, son zamanlar sionistlərin mövqeyi dəfələrlə kamikadze pilotsuz təyyarələrinin hədəfinə çevrilib.

SəhərAzəri-nin məlumatına əsasən, Livan Hizbullahı ötən il oktyabrın 8-dən etibarən işğal olunmuş ərazilərin şimalında sionist rejimin mövqelərinə hücumlara başlayıb və bu hücumlar xüsusilə sionistlərin kəşfiyyat və hava hücumlarından müdafiə sistemlərinə yönəlib. Məqsədyönlü hücumların təsirləri son həftələrdə sionist rejimin bahalı sistemlərinin sıradan çıxarılması ilə üzə çıxıb və rejimdə hər kəs Hizbullahın intiharçı pilotsuz uçuş aparatlardan istifadə edərək havadan müdafiə sistemlərini məhv etmək iqtidarında olması barədə həmfikirdir.

Bu kontekstdə Livanın hərbi məsələləri üzrə eksperti, polkovnik Ömər Mərabuni deyib ki, Pilotsuz təyyarələrin uğuru düşməni həm müdafiə, həm də hücumda iflic vəziyyətinə salıb.  

Onun sözlərinə görə, kamikadze dronları aktiv və effektiv silahlardır olaraq artıq öz effektivliyini sübut etmişlər. Bu səbəbdən Hizbullah bu silahdan daha çox İsrailin güc və qüdrətini məhv etmək, eləcə də çoxməqsədli mesajlar vermək, düşmən əsgərlərinin Livan sərhədləri yaxınlığında cəmləşməsinin qarşısını almaq üçün istifadə edir. Bu səbəbdən Livan İslami Müqavimətinin intiharçı və hücumçu pilotsuz təyyarələri İsrail ordusunun ən böyük kabusuna çevrilib və beləliklə, sionistlər onlarla üz-üzə gəlməkdə aciz olduqlarını etiraf ediblər. Sonuncu belə əməliyyat İsrail əsgərlərinin toplaşdığı yerə hücum olub və bu əsgərlərdən bir neçəsinin ölümü və yaralanması ilə nəticələnib.

Digər tərəfdən, Hizbullah əlavə olaraq hava hücumundan müdafiə sistemləri ilə İsrailin qabaqcıl pilotsuz təyyarələrini hədəf alır.

 

Teqlər