İyun 16, 2024 13:42 Asia/Baku
  • İraq müqavimət qüvvələri sionist rejimə əzələ nümayiş etdirir

İraq müqaviməti işğal altındakı Hayfa limanında sionist rejimin mühüm hədəfinə raket zərbəsi endirdiyini bildirib.

  SəhərAzəri-nin məlumatına əsasən, İraq mediası xəbər verir ki, İraqın İslami müqaviməti qısa bir bəyanat yayaraq, “Əl-Ərqəb” adlı təkmil qanadlı raketlə həyati əhəmiyyətli hədəfi işğal altındakı Hayfa limanında vurduğunu elan edib.

  İraqın İslami Müqaviməti ötən həftə çərşənbə axşamı da bəyan etmişdi ki, məzlum Fələstin xalqına dəstək və sionist rejimin fələstinlilərə, xüsusilə də qadınlara, uşaqlara və qocalara qarşı cinayətlərinə cavab olaraq, pilotsuz təyyarə ilə Hayfa limanında mühüm hədəfi vurub.

 

Teqlər