İyun 20, 2024 14:26 Asia/Baku
  • Şəhərdə infrastrukturun 70%-dən çoxu məhv edilib

İsrailin hərbi əməliyyatları Misirlə sərhədə yaxın Fələstin anklavının cənubundakı Rəfəh şəhərində binaların 70%-dən çoxunun dağıdılmasına səbəb olub.

Təsnim Agentliyi şəhərin meri Əhməd Sufiyə istinadən xəbər verir ki, İsrail qüvvələri Rəfəhi və ətrafdakı qaçqın düşərgələrini sistemli şəkildə məhv edir. Belə ki, bunun ən son nümunəsi tamamilə dağıdılmış Əl-Səudiyyə rayonu olub.

Sufinin sözlərinə görə, güclü partlayışlar nəticəsində şəhərin 70%-dən çoxu və infrastrukturu dağılıb.

Bu arada BMT Qəzzədə fəlakətli vəziyyətin gərginləşməsi ilə bağlı xəbərdarlıq edib

BMT-nin insan haqları üzrə müxbiri Françeska Albaneze bildirib ki, İsrail Qəzzəyə gedən humanitar yardım karvanlarını hədəf alır və onların girişini əngəlləyir.

Sionist rejimin Qəzzənin gələcəyini silmək və onu yaşanmaz hala gətirmək istədiyini bildirən Albanze qeyd edib ki, Fələstin icması 1948-ci ildən bəri beynəlxalq ictimaiyyət tərəfindən xəyanətə məruz qalıb.

Əhəmiyyətli məqam odur ki, İsrailin Qəzzənin məzlum əhalisinə qarşı havadan və qurudan hücumlarında istifadə etdiyi hər cür sursat, bomba və silahların əsas tədarükçüsü olan ABŞ belə Qəzzədəki fəlakətli vəziyyəti etiraf etmək məcburiyyətində qalıb.

Bu kontekstdə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin direktoru Samanta Paver verdiyi açıqlamada deyib ki, Qəzzədə humanitar vəziyyət çox ağırdır və Co Bayden bunu cəhənnəm kimi təsvir edir.