Müharibə başlayandan bəri Qəzzədə 152 jurnalist şəhid olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i412157-müharibə_başlayandan_bəri_qəzzədə_152_jurnalist_şəhid_olub
Əl-Əqsa şəbəkəsi müxbirinin şəhadəti ilə Qəzzədə jurnalist şəhidlərinin sayı 152 nəfərə çatıb.
(last modified 2024-06-21T11:44:04+00:00 )
İyun 21, 2024 07:35 Asia/Baku
  • Müharibə başlayandan bəri Qəzzədə 152 jurnalist şəhid olub

Əl-Əqsa şəbəkəsi müxbirinin şəhadəti ilə Qəzzədə jurnalist şəhidlərinin sayı 152 nəfərə çatıb.

Oktyabrın 7-də müharibə başlayandan bəri sionist rejim ordusu Qəzzənin səsini susdurmaq və cinayətlərini gizli saxlamaq məqsədi ilə medianı geniş şəkildə hədəf seçib və bu düşüncə, nəhayət, Qəzzədə onlarla jurnalistin ölümünə səbəb oldu.

Son məlumata görə, Əl-Əqsa telekanalı sionist qüvvələrin bombardmanının ardınca Qəzzədə kanalın müxbiri Səlim Əl-Şərəfanın şəhid olduğunu elan edib.

Humanitar qurumlar sionist rejimi jurnalistlərə hücum etdiyinə görə sərt tənqid edirlər. Bundan əvvəl Livan sərhədində sionist hərbçilərin tankının birbaşa atəşi nəticəsində çoxlu sayda jurnalist həlak olub və yaralanıb.

İsrail parlamenti - Knesset də müstəqil və heç bir əlaqəsi olmayan medianın fəaliyyətinin qarşısını almaq məqsədi ilə işğal olunmuş ərazilərdə Əl-Cəzirə telekanalının fəaliyyətini qadağan edib və Netanyahunun kabineti bu məsələni müsbət qarşılayıb.