İyun 23, 2024 12:41 Asia/Baku
  • “baş nazirin müharibəni idarə edə bilməməsi məni sarsıtdı”

Sionist rejimin Daxili Təhlükəsizlik Xidməti ŞABAK-ın keçmiş rəhbəri bu rejim kabinetinin fəaliyyətini tənqid edərək, onun müharibəni idarə edə bilməməsindən sarsıldığını vurğulayıb.

Əl-Cəzirə telekanalının verdiyi xəbərə görə, Yuval Deskin sionist rejimin baş naziri Benyamin Netanyahunu bu rejimin ən uğursuz və ən pis baş naziri adlandırıb.

O, hər gün Nazirlər Kabinetinin acizliyindən və müharibəni idarə etməkdə uğursuzluğundan şoka düşdüyünü qeyd edərək deyib: “Uğursuz baş nazir bizi çoxtərəfli strateji böhrana və daxildə təhlükəsizliyin olmamasına yuvarladı”.

ŞABAK-ın keçmiş rəhbəri daha sonra vurğulayıb ki, Netanyahunun kabineti İsrail tarixində ən uğursuz kabinet olub, bu səbəbdən İsrailə yeni rəhbərlik lazımdır, erkən seçkilər keçirilməli və Netanyahu olmadan birlik kabineti formalaşdırılmalıdır.

İRNA-nın məlumatına görə, son zamanlar sionist rejim ordusunun komandirləri ilə Netanyahu arasında münaqişə və fikir ayrılığı artıb.