Sionistlər məyusluq içində;
Ötən 6 ay ərzində 550 min sionist işğal olunmuş Fələstindən qaçıb
Sionist rejim mediası Əl-Əqsa Tufanı əməliyyatından sonra işğal olunmuş Fələstindən əks miqrasiyanın intensivlləşməsi ilə bağlı məlumat yayıb.
Bu məlumata görə, Qəzzəyə qarşı müharibənin yalnız ilk 6 ayında 550 min sionist işğal olunmuş əraziləri tərk edərək başqa ölkələrə gedib.
Sionist rejimin turizm idarələri də elan ediblər ki, minlərlə digər sionist Livan Hizbullahı ilə sionist rejim arasında müharibənin genişlənməsi qorxusundan işğal olunmuş Fələstini tərk etməyə başlayıb.
Bu idarələrin bildirdiyinə görə, hazırda işğal olunmuş Fələstindən kənarda səyahət etmək üçün bütün boş rezervasiya yerləri doludur və yeni insanların qeydiyyata alınması mümkün deyil.
Təl-Əvivdə yerləşən “Demokratiya” adlı sionist institutunun dərc etdiyi yeni sorğuya əsasən, sionist kütlələrin işğalçı rejimin gələcəyinə və onun təhlükəsizliyinə ümidi azalıb. Belə ki, sionistlərin yalnız 32 faizi İsrail rejiminin siyasi gələcəyinə ümid bəsləyir və yalnız 31,5% bu rejimin təhlükəsizlik yaratmaq gücünə arxayındır.