İşğal edilmiş Qüdsdə yerləşən hərbi baza ətrafında yanğınlar başlayıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i412336-İşğal_edilmiş_qüdsdə_yerləşən_hərbi_baza_ətrafında_yanğınlar_başlayıb
Sionist rejim mediası rejimin yanğınsöndürmə briqadalarının işğal olunmuş Qüdsdəki hərbi baza ətrafında yanğının qarşısını almaq üçün əraziyə ezam edilməsi barədə məlumat yayıb.
(last modified 2024-06-26T12:50:12+00:00 )
İyun 26, 2024 16:49 Asia/Baku
  • İşğal edilmiş Qüdsdə yerləşən hərbi baza ətrafında yanğınlar başlayıb

Sionist rejim mediası rejimin yanğınsöndürmə briqadalarının işğal olunmuş Qüdsdəki hərbi baza ətrafında yanğının qarşısını almaq üçün əraziyə ezam edilməsi barədə məlumat yayıb.

"Əl-Məyadin" telekanalının məlumatına görə, sionist rejim mediası məlumat yayaraq elan edib ki, işğal altındakı Qüdsdə "Har Hatzofim" ərazisində baş verən yanğına işğalçı rejimin Overit hərbi bazasına doğru atılmış Molotov kokteyl səbəb olub.

Sionist rejimin12-ci kanalı həmçinin bildirib ki, 25 yanğınsöndürmə qrupu "Har Hatzofim"də çıxmış yanğının söndürülməsi üçün əraziyə ezam edilib. Yanğının getdikcə ərazini bürüyəcəyi ehtiaml edilir. 

Sionist rejim orqanları hələlik yanğının təfərrüatları və səbəbləri ilə bağlı hər hansı açıqlama verməyib.