Yəməın ordusu İsrail gəmisini hipersəs raketi ilə vurdu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i412340-yəməın_ordusu_İsrail_gəmisini_hipersəs_raketi_ilə_vurdu
Yəmən ordusu Qırmızı Dənizdə İsrail gəmisinə qarşı hücumda ilk dəfə hipersəs raketindən istifadə edib.
(last modified 2024-06-27T10:00:44+00:00 )
İyun 27, 2024 11:47 Asia/Baku
  • Yəməın ordusu İsrail gəmisini hipersəs raketi ilə vurdu

Yəmən ordusu Qırmızı Dənizdə İsrail gəmisinə qarşı hücumda ilk dəfə hipersəs raketindən istifadə edib.

Yəmən Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi Yəhya Sərii bu barədə deyib: “Yəmən silahlı qüvvələri Qırmızı Dənizdə cinayətkar İsrailin “MSC Sarah V” gəmisini vuran raketin xüsusiyyətlərini ilk dəfə açıqlayır. Bu, yerli istehsal olan, qabaqcıl texnologiyalarla təchiz edilmiş və hədəfləri maksimum dəqiqliklə vurmağa qadir olan hipersəs raketidir”.

O, bu unikal əməliyyatın silahlı qüvvələrin son uğurlu sınaqdan sonra istifadə etdiyi yeni ballistik raketdən istifadə edilərək həyata keçirildiyini, atılan raketin hədəfi dəqiqliklə vurduğunu diqqətə çatdırıb.