Təl-Əvivdə partlayış baş verib
İnformasiya qaynaqları Təl-Əvivdə bomba qoyulmuş avtomobilin partlamasından xəbər veriblər.
Sionist medialar partlayışın Təl-Əvivin şimalında yerləşən «Herzliya» şəhərində baş verdiyini bildiriblər.
Bəzi mənbələr də bildiriblər ki, partlayışda bir nəfər ölüb, bir neçə nəfər isə yaralanıbdır.
Hələlik partlayış amili barədə informasiya və ya artıq detallar yayılmayıbdır.
Bir neçə gün bundan qabaq da informasiya mənbələri işğal olunmuş Fələstin ərazilərində yerləşən Təl-Əvivin cənubunda bir partlayışın baş verdiyini xəbər vermişdilər.
Sionist rejimin on ikinci telekanalı da bildiribdir ki, partlayış Təl-Əvivin cənubunda yerləşən «Rehufut» qəsəbəsində baş verib.
Bu sionist medianın verdiyi məlumata görə, partlayışda yaralananlar Kablan xəstəxanasına köçürülüblər.