İyun 29, 2024 13:58 Asia/Baku
  • Yəmən ordusu və İraq müqaviməti İsrail gəmilərini oda çəkir

Yəmən silahlı qüvvələrinin sözçüsü veridyi son bəyanatda ordunun İraq müqavimət qüvvələri ilə birgə İsrail gəmilərinə qarşı PUA və raket əməliyyatları keçirdiklərini açıqlayıb.

Briqada generalı Yəhya Səri açıqlamasında bildirib ki, ölkəsinin hərbi qüvvələri İraq İslam müqaviməti ilə birgə apardığı əməliyyatda Aralıq dənizində Hayfa limanına hərəkət edən “Waller” gəmisini kamikadze drondan istifadə edərək hədəfə alıb.

“Biz başqa bir əməliyyatda Qırmızı dənizdəki “Delonix” gəmisi, Aralıq dənizində sionist rejimə dəstək verən “Maersk” şirkətinə məxsus “Johannes Maersk” gəmisini də bir sıra ballistik raketlərlə hədəfə aldıq”- Yəmən silahlı qüvvələrinin sözçüsü əlavə edib

General Səri daha sonra vurğulayıb ki, “İoannis” gəmisi də Qırmızı dənizdə sionist rejimə qarşı tətbiq edilən qadağalara məhəl qoymaması səbəbindən bir sıra PUA-ların hədəfinə çevrilib.

“Sionist rejim Qəzzə zolağına hərbi təcavüzü dayanmadıqca və bu bölgədə Fələstin xalqına zorla yeridilmiş blokada aradan qaldırılmayınca ölkəmizin hərbi əməliyyatları dayanmayacaq”-general Yəhya Səri əlavə edib.

Qeyd edək ki, artıq 8 ayydır ki, Yəmən ordusu Qəzzə zolağında Fələstin xalqının müqavimətinə dəstək olaraq, Qırmızı dəniz və Babul-Məndəb boğazında sionist rejiminə məxsus onlarca gəmini hədəfə alıb.