Sionistlərin əks-mühacirəti geniş vüsət alıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i412432-sionistlərin_əks_mühacirəti_geniş_vüsət_alıb
İsrail rejiminin keçmiş baş naziri Naftali Bennet sionistlərin işğal olunmuş Fələstin ərazilırindən qaçmalarından narahatlığını ifadə edib.
(last modified 2024-06-30T07:42:46+00:00 )
İyun 30, 2024 11:40 Asia/Baku
  • Sionistlərin əks-mühacirəti geniş vüsət alıb

İsrail rejiminin keçmiş baş naziri Naftali Bennet sionistlərin işğal olunmuş Fələstin ərazilırindən qaçmalarından narahatlığını ifadə edib.

Bennet hazırda ən çətin vəziyyətdə olduqlarını, müharibədə məğlubiyyətə tərəf getdiklərini və beynəlxalq sanksiyalar və təcridlə üzləşdiklərini bildirib və deyib: “Hal-hazırda 120 israilli hələ də girov olaraq qalır, minlərlə ailə matəmə qərq olub, Əl-Cəlil boşaldılıb, minlərlə insan köçkün düşüb, lakin bu vəziyyətdə belə israilli nazirlər yalnız özlərini düşünürlər və biz iqtisadiyyata nəzarəti itirmişik, büdcə kəsirimiz var”.

Qeyd edək ki, İsrail rejiminin heç bir nəticə və nailiyyət olmadan Qəzzə zolağına hücumundan təxminən 9 ay keçdikdən sonra bu rejim günü-gündən daha çox daxili və xarici böhranlarla üzləşir.

Bu müddət ərzində İsrail bu bölgədə cinayət, kütləvi qırğın, dağıntılar, hərbi cinayətlər, beynəlxalq qanunların pozulması, yardım təşkilatlarının bombalanması, qıtlıq və aclıqdan başqa heç nəyə nail olmayıb.