İyun 30, 2024 17:43 Asia/Baku
  • İşğal olunmuş ərazilərdə Netanyahu hökumətinə qarşı etirazlar davam edir

Şənbə günü işğal olunmuş Fələstin ərazilərində sionist mühacirlər Təl-Əviv və digər şəhərlərdə etiraz aksiyaları keçirərək, etirazçılar Qəzzə zolağında müharibənin dayandırılması və fələstinli qruplarla əsir mübadiləsi sazişinin bağlanmasını tələb ediblər.

Nümayişçilər, həmçinin sionist rejim ordusunun komandirlərini baş nazir Binyamin Netanyahunun saziş müqaviləsini pozmaq cəhdinin qarşısını almağa çağırıblar.

Digər tərəfdən, sionist mühacirlər işğal olunmuş ərazilərin şimalındakı kritik vəziyyətə etiraz olaraq, yuxarı Əl-Cəlildə əsas küçəni bağlayıblar.

Nümayiş o zaman başlayıb ki, işğalçı rejim kabinetinin öz övladlarının taleyinə laqeyd münasibətindən son dərəcə qəzəblənən Qəzzədə saxlanılan sionist məhbusların ailələri çağırış vərəqəsi yayaraq, Nazirlər Kabinetinə qarşı nümayişlərə çağırıblar.

Sionist məhbusların ailələri övladlarının əsirlikdə qalmasına görə sionist rejim hökuməti və onun başında duran Netanyahunu günahlandırırlar,  buna görə də, hər gün işğal olunmuş ərazilərin müxtəlif bölgələrində Netanyahuya qarşı nümayişlər keçirir, ondan baş nazir vəzifəsindən getməsini tələb edirlər.