Okt 07, 2024 15:00 Asia/Baku
  • Hizbullah öz raketləri ilə Hayfanı vurdu

Bu gün səhər tezdən sionist rejimin mediası “Dəmir günbəz” sisteminin Hizbullah raketlərinin qarşısını almaqda uğursuzluğunu etiraf edib.

Təsnim Agentliyinin xəbərinə görə, sionist mənbələr işğal olunmuş Fələstinin şimalına ən azı 15 raket atıldığını və Hayfada bir neçə sionistin yaralandığını bildiriblər.

Strateji Hayfa limanının vurulduğunu bildirən sionist rejim mediaları qeyd edirlər ki, Livanın cənubundan Hayfa da daxil olmaqla işğal altındakı Fələstinin şimalına ən azı 15 raket atılıb. Lakin Hayfaya doğru atılan raketlərin qarşısını almaq üçün bütün cəhdlər nəticəsiz qalıb.

Bəzi mənbələr Hizbullah raketlərinin Hayfaya düşməsinin ilkin statistikasında bir neçə sionistin yaralandığını bildirib.

Hizbullah yaydığı bəyanatda bildirib ki, Fadi 1 raketləri Hayfanın cənubundakı Əl-Karmel bazasına düşüb.

Xatırladaq ki, Azərbaycan Respublikasından daşınan neft Hayfa limanında mövcud olan terminalda qəbul edilir və bu yolla sionist rejimin hərb maşını qidalanır.

Hazırda həmin limanın neft tankerlərinin üzünə bağlanması reallaşarsa, bu, işğalçı rejimi Azərbaycan neftindən məhrum edə bilər.

 

Teqlər