Okt 10, 2024 19:10 Asia/Baku
  • Hizbullah işğal olunmuş ərazilərin şimalına 150 raket atıb

Livan İslami Müqaviməti cümə axşamı səhər bir saat ərzində Livandan işğal olunmuş Fələstin ərazilərinin şimalındakı hərbi obyektlərə və sionist sakinli qəsəbələr doğru 150 raket atıb.

Hizbullah Livanın cənubunda dinc əhalinin hədəfə alınmasına cavab olaraq, işğal olunmuş Fələstin ərazilərin şimalındakı ən böyük sionist sakinli qəsəbə olan Kiryat Şmonaya və onun ətrafına 100 raket atıb.

Sionist rejim mənbələri, həmçinin ən azı 50 Hizbullah raketinin Nahariya və Əkka qəsəbələrinə və onlara bitişik bölgələrə düşdüyünü bildiriblər. 

Sionist rejimin Daxili Təhlükəsizlik Nazirliyi işğal olunmuş Fələstinin şimalında təhlükə sirenlərinin səsləndiyindən xəbər verib və bildirib ki, Livanın cənubundan həyata keçirilən raket hücumları fonunda 10-dan çox şəhər və qəsəbədə sirenlər səslənib.

Teqlər