Sionist rejim başçıları kabus içində yaşayırlar
Netanyahunun ofisində casus tapılıb
SəhərAzəri-nin məlumatına əsasən, sionist İsrail rejiminin kəşfiyyat orqanları baş nazir Benyamin Netanyahunun ofisindən məxfi kəşfiyyat məlumatlarının sızması ilə bağlı bir neçə şübhəlini saxlayıb.
APA xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə birgə əməliyyatı polis, ordu və İsrail Baş Təhlükəsizlik Xidməti həyata keçirir. Şübhəlilər saxlanılaraq istintaqa aparılıb. Səlahiyyətlilər hesab edirlər ki, sızıntı İsrailin hərbi məqsədlərinə çatmasına mane ola bilərdi.
“Axios” portalı İsrail rejiminin təmsilçilərinə istinadən bildirib ki, bir neçə şübhəli şəxsdən biri Netanyahunun köməkçisidir. Qeyd olunur ki, İsrail baş nazirinin özü əvvəllər onun ofisindən heç kimin dindirilmədiyini və saxlanılmadığını açıqlamışdı. Bundan əvvəl isə İsraildə bir qrup Azərbaycan əsilli sakin casusluqda ittiham olunaraq saxlanılıb.