Noy 23, 2024 19:06 Asia/Baku
  • Həzrət Ayətullahul-Uzma Sistani Pakistan şiələrinə qarşı törədilmiş  terror aktını pisləyib

Şiə aləminin ali mərcəi-təqlidi təkfirçi terrorçuların Pakistanda şiələrə qarşı hücumunu pisləyərək ölkə rəsmilərindən dərhal tədbirlərin görülməsini istəyib.

  Həzrət Ayətullahul-Uzma Sistaninin dəftəri bəyanat verərək Paraçinardan Pişəvərə gedən Pakistanda çoxlu sayda insanın şəhid olmasına və yaralanmasına səbəb olan və məzlum şiələrə qarşı törədilmiş bu terror hücumunu şiddətlə qınayıb.

Bəyanatda əlavə edilib ki, Nəcəf Əşrəfin elmi hövzəsi və ali şiə mərcəiləri müsəlmanların birliyini hədəfə alan bu iyrənc cinayəti pisləyir.

Ali mərəcəi təqlidin ofisi Pakistan hökumətinə müraciət edərək terror qruplarının qəddarlığı və cinayətləri ilə üzləşən xalqa dəstək olmaq üçün lazımi tədbirlər görülməsini istəyib

Bəyanatda əlavə edilib ki, biz Pakistan hökumətindən günahsız dindarlar zaman-zaman ekstremist qrupların şiddətli və qəddar hücumlarına məruz qalmalarına və belə bir qanlı hadisənin törədilməsinə icazə verməməyi istəyirik.

 

Teqlər