Dek 05, 2025 13:45 Asia/Baku
  • İran deyil, İsrail, regiona qarşı ən böyük təhdiddir

Sabiq səudiyyəli diplomat və Ərəbistanın kəşfiyyat təşkilatının keşmiş rəisi şahzadə Türki Əlfeysəl, sionist rejimin Livana, Qəzzəyə və Suriyaya qarşı intensiv hücumlarına toxunub. Bildirib ki, İran deyil, məhz İsrail region sabitliyi üçün ən böyük təhdid sayılır.

Türki Əlfeysəl, Mİlken institutunun Yaxın Şərq və Afrika üzrə iclasında belə deyib: İsrail qəti şəkildə problemyaradandır. Amerika onu aradan qaldırmalıdır.

İsrail demək olar ki, gündəlik bombardmanlarla, həmçinin Qəzzədə və İordan çayının qərb sahilində, eləcə də atəşkəsin bərqərar olunması qərara alınan Livanda fələstinliləri bombalamağı davam etdirməklə/ bizim regionda sülh müjdəçisi deyildir.

O, əlavə edib: İsrailin/ Dohada/ “Qəzzədə atəşkəs” barədə təklif edilən planları araşdırmaqda olan Həmas-ın müzakirə heyətinə hücumu, bir xəbərdarlıq əlaməti olaraq göstərir ki, Fars Körfəzi Əməkdaşlıq  Şurasının üzvləri özlərini İsrail qarşısında müdafiə etmək üçün müttəfiq olmalıdırlar.

Türki Əlfeysəl xəbərdarlıq edibdir ki, Fələstin məsələsi və dünyanın İsrailin əməlləri ilə mübarizədəki uğursuzluğu, yeni ekstremist hərəkatların meydana gəlmələri toxumunu səpə bilər.