Yəmən:
Səudiyyə Ərəbistanın Məkkənin hədəfə alındığı barədə iddiası təkrarlanan yalandır
Yəmənin Ənsarullah Hərəkatının siyasi bürosunun üzvü Səudiyyə rejiminin Məkkeyi-Mükərrəmənin hədəfə alındığı barədə iddiasını təkrar olunan bir yalan adlandırıb.
Yəmənin Ənsarullah Hərəkatının siyasi bürosunun üzvü Hizam əl-Əsəd vurğulayıb ki, Səudiyyənin Məkkeyi-Mükərrəmənin hədəfə alındığı barədə iddiaları əvvəllər də təkrar olunmuş bir yalandır. Bu mövqe Səudiyyə tərəfinin yalan və köhnəlmiş iddiasına cavab olaraq səsləndirilib. Səudiyyə tərəfi Ənsarullah qüvvələrinin pilotsuz uçuş aparatı ilə Məkkəni hədəfə almağa çalışdıqlarını iddia edib.Səudiyyə rejimi müsəlmanların, xüsusilə də təkfirçi qrupların hisslərini qızışdırmaq siyasəti çərçivəsində, Səudiyyə hava hücumundan müdafiə qüvvələrinin Məkkeyi-Mükərrəmənin hava məkanına daxil olmağa çalışan bir pilotsuz uçuş aparatını ələ keçirdiyini iddia edib.Görünür, Səudiyyə rejimi, muzdlularının Yəmən Silahlı Qüvvələri qarşısında rüsvayçı məğlubiyyətlərindən və Yəmən cəbhəsində bu ölkə xalqının və silahlı qüvvələrinin epik müqaviməti nəticəsində üzləşdiyi böyük uğursuzluqdan sonra, ictimaiyyətində qəzəb oyatmaq və Yəmənin məzlum xalqına qarşı öz təcavüzkar və qeyri-insani siyasətinə dəstək toplamaq məqsədilə Yəmənlilərin Məkkəyə hücumu barədə təkrarlanan və köhnəlmiş yalanı yaymağa çalışır. Bütün bunlar Yəmənlilərin Məkkəyə hücumu barədə “böyük yalan” pərdəsi altında həyata keçirilir.