Almaniya Ərdoğanın Hamburqdakı proqramlarına qarşı çıxıb
Almaniya xarici işlər naziri bu ölkədə yaşayan türklərin toplantısında çıxış etməyə dair Türkiyə prezidentinin müraciətinə "yox" deyib.
İRİB-in məlumatına görə, Almaniya xarici işlər naziri Ziqmar Qabriel cümə axşamı günü Hamburqda G-20 qrupuna üzv ölkələrin dövlət başçılarının iclasına bir neçə gün qaldığı bir halda deyib: Yaranan şəraiti nəzərə alaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu iclasın proqramından kənar ictimaiyyət arasında olması münasib deyil.
Qabrielin sözlərinə görə, Ərdoğan Almaniyadan rəsmi şəkildə türk vətəndaşları üçün çıxış etməyi istəyib.
Bu barədə Almaniya Demokrat partiyasının rəhbəri Martin Şultz da hökumət müxalifəti qarşısında Rəcəb Tayyib Ərdoğanın strategiyasını tənqid edib və bildirib ki, Türkiyə prezidentinin Almaniyada nitq söyləmək proqramı təşkil etmək haqqı yoxdur.
Türkiyə prezidenti Almaniyanın Hamburq şəhərində 7-8 iyulda təşkil olunacaq 20-lər qrupunun iclasında iştirak edəcək.
Almaniyanın Türkiyə rəsmilərinin çıxışlar təşkil etməsinə qarşı çıxması Ankaranın sərt etirazına tuş gəlib. Türkiyədə 2017-ci il 16 apreldə konstitusiyada dəyişikliklər üzrə referendum keçirildikdən sonra Almaniya və Türkiyə arasında gərginlik artıb. Son vaxtlar da Ankara alman deputatların təxminən 250 alman hərbçinin yerləşdiyi İncirlik Hərbi Hava Bazasına getməsinə mane olub.