Uğursuz çevrilişlə əlaqədar onlarla nəfər həbs olunub - Türkiyədə
Türkiyə polisi şimal-qərbdə Tekirdağ vilayətində Gülən qrupu ilə əməkdaşlıq etməkdə şübhəli bilinən 115 nəfəri həbs edib.
Anadolu İnformasiya Agentliyinin məlumatına görə, saxlanılanlar ByLock adlı mobil telefon tətbiqi ilə bir-birləri ilə əlaqə saxlamaqda şübhəli bilinirlər.
Tekirdağ prokurorluğu Gülən qrupunun fəaliyyətləri ilə əlaqədar 127 nəfərin həbsinə order verib. Saxlanılanlar arasında, imamcümə, iş adamları, müəllimlər, həkimlər və polis məmurları vardır.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da yaşayan Fətulla Güləni ötən il uğursuz dövlət çevrilişində suçlayır.
Gülən dəfələrlə bu ittihamı rədd edib və Ərdoğanı müxalifləri repressiya etmək məqsədilə saxta çevrilişi təşkilatlandırmaqda suçlayıb.
Rəcəb Tayyib Ərdoğan hökuməti uğursuz çevrilişdən bəri 170 mindən çox şəxsi vəzifəsindən kənarlaşdırıb və ya həbs edib.
Türkiyədə uğursuz çevriliş zamanı 250-yə yaxın şəxs həlak olub, 2200 nəfər yaralanıb.