Almaniya və Türkiyə arasında böhran gərginləşir
https://azeri.sahartv.ir/news/türkiyə-i277146-almaniya_və_türkiyə_arasında_böhran_gərginləşir
Türkiyə prezidenti Almaniyanın Türkiyəyə qarşı hədə-qorxu gəlmək iqtidarında olmadığını deyib.
(last modified 2024-06-22T21:55:02+00:00 )
İyul 22, 2017 05:48 Asia/Baku
  • Almaniya və Türkiyə arasında böhran gərginləşir
    Almaniya və Türkiyə arasında böhran gərginləşir

Türkiyə prezidenti Almaniyanın Türkiyəyə qarşı hədə-qorxu gəlmək iqtidarında olmadığını deyib.

FransPress-in verdiyi məlumata görə, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan deyib: Almaniya Türkiyəni təhdidləri ilə qorxuda bilməz. 

Ərdoğan dünən İstanbulda etdiyi çıxışında deyib: Almaniya Türkiyəni təhdid etmək gücünə və səlahiyyətinə malik olmadığını başa düşməlidir. 

Son günlərdə alman hüquq fəalının Türkiyədə həbs edilməsinə görə Ankara-Berlin əlaqələri gərginləşib. 

Türkiyə isə Almaniyanı kürd yaraqlılara sığınacaq verməkdə və 15 iyul uğursuz dövlət çevrilişində əli olmaqda ittiham edir. 

Almaniyanın XİN-i Türkiyədəki son həbslərə görə artıq bu ölkədə öz vətəndaşlarının təhlükəsizliyini təmin edə bilməyəcəyi barədə xəbərdarlıq edib. 

İki ölkə arasında böhran Türkiyə məhkəməsinin 6 hüquq müdafiəçisinin həbsinə dair hökm çıxarmasından sonra başlayıb. Həmin altı hüquq fəalından biri almaniyalı Piter Steutnerdir.  Həmçinin Beynəlxalq Aministiya Təşkilatının Türkiyə ofisinin direktoru Edil Eserdə həbs edilənlər arasındadır.