Ərdoğan: Almaniya terrorçulara yardım edir
Türkiyə prezidenti Türkiyədə cinayət işinə cəlb olunaraq axtarışda olanların qaytarılmasına dair Ankaranın çağırışlarının Berlin tərəfindən rədd edilməsini Almaniyanın terrorçulara dəstək verməsinin göstəricisi olduğunu deyib.
Almaniyanın Daxili İşlər Nazirliyi bildirib ki, Türkiyədə uğursuz dövlət çevrilişindən bəri hərbçi, diplomat, hakim və yüksək səviyyəli rəsmilərdən və onların ailələrindən ibarət 414 nəfərdən çox adam Almaniya dövlətindən sığınacaq istəyib.
Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Rəcəb Təyyib Ərdoğan dünən Almaniya dövlətinin Ankara tərəfindən axtarışda olan yüzlərlə şübhəli şəxsin cinayət işi ilə əlaqədar Berlinə göndərilən dosiyalara cavab verməyərək əslində terrorçulara kömək etmiş olur.
Berlinin Türkiyədə konstitusiyaya dəyişiklik üzrə referendum üçün Almaniyada təşviqat kampaniyası aparılmasına qarşı çıxması, Türkiyədə uğursuz dövlət çevrilişində ittiham olunanlara Almaniya tərəfindən sığıncacaq verilməsi vö son vaxtlar Alman hüquq müdafiəçisi Piter Studnerin Türkiyədə həbs edilməsi Almaniya və Türkiyə arasında çaxnaşmalı durumu gücləndirib.