Avq 10, 2017 11:21 Asia/Baku
  • Türkiyə Almaniya qanunvericilərinə Koniya bazasına baxış keçirmək icazəsi verdi
    Türkiyə Almaniya qanunvericilərinə Koniya bazasına baxış keçirmək icazəsi verdi

Şimali Atlantika Alyansı NATO-nun vasitəçiliyi ilə Türkiyə hökuməti Almaniya Bundestaqı nümayəndələrinin NATO qüvvələri çərçivəsində Almaniya hərbçilərinin də yerləşdiyi Koniya hava bazasına baxış keçirmələri ilə razılaşıb.

İRNA-nın məlumatına görə, Türkiyə hökuməti Alman qanunvericilərə NATO-nun Koniyadakı hava bazasında yerləşən Alman hərbçilər ilə görüş icazəsi verib. 

Almaniyanın Xarici İşlər Nazirliyi gələn ay Koniya hava bazasına baxışın keçirilməsinə icazənin verilməsi ilə bağlı bir açıqlama verib. 

Bu məlumata görə, Almaniyanın xarici işlər naziri Ziqmar Qabriyel Bundestaqın Müdafiə Komissiyasının sədrinə ünvanlanmış məktubda yazıb: Türkiyə sentyabrın 8-də Koniya hava bazasına baxışın keçirilməsi ilə bağlı təklifi ilə razılaşıb.

Koniya hava bazasına baxış keçirəcək heyətə NATO baş katibinin müavini Roz Gertmüller başçılıq edəcək. Bu səfərdə onu Almaniya Bundestaqının Müdafiə Komissiyasının 7 üzvü müşayiət edəcək. 

Təqribən 2 ay öncə Türkiyə hökuməti Almaniya Bundestaqının 7 üzvünün Koniya hava bazasında olan Alman hərbçilər ilə görüşünə icazə versə də, səfərin baş tutmasından bir neçə gün öncə, rəsmi Ankara bu səfərlə bağlı icazəni ləğv etdi. 

Almaniya və Türkiyə münasibətləri təqribən 6 ay bundan öncədən, Türkiyədə konstitusiyaya dəyişiklik üzrə referendumun keçirilməsi ərəfəsindən başlayaraq davamlı olaraq gərginliyin şahidi olub. Almaniyanın tənqidlərinə cavab olaraq Türkiyə bu ölkəni terrorçuları himayə etməkdə, irqçi qrupları dəstəkləməkdə və İslamofobiya siyasəti izləməkdə ittiham edir. 

Teqlər