Avq 22, 2017 15:19 Asia/Baku
  • Almaniyanın XİN başçısı, yoldaşının təhdid edilməsindən xəbər verib
    Almaniyanın XİN başçısı, yoldaşının təhdid edilməsindən xəbər verib

Almaniyanın xarici işlər naziri Türkiyə prezidenti ilə müəyyən ixtilaflarına görə həyat yoldaşının hədə-qorxulara məruz qalmasından xəbər verib.

De Sayt alman nəşri Ziqmar Qabrielə istinadla yazıb: Türkiyə prezidentinin müxaliflərinə dəstək verdiyini bildirdiyinə görə, həyat yoldaşı Ərdoğanın himayəçiləri tərəfindən hədə-qorxulara və əziyyətlərə məruz qalır. 

Almaniyanın xarici işlər naziri deyib ki, onun həyat yoldaşının stomatologiya ofisinin aodio mesaj qəbul edən aparatına təhdid xarakterli mesajlar daxil olub. 

Qabriel deyib: Türkiyə xalqının yarısından çoxu demokratiya tərəfdarıdır və Ərdoğana dəstək vermir. 

Almaniyanın XİN başçısı Türkiyə prezidentinin öz ölkəsində millətçiliyi gücləndirmək üçün iki ölkənin tarixi dostluğunu təhlükəyə atmasından təəssüfləndiyini bildirib. 

Almaniya dövləti öncə də bildirmişdi ki, Türkiyə dövlətinin siyasətləri ilə ciddi ixtilaflarına görə Türkiyəyə qarşı siyasətlərinə yenidən baxacaq. 

Teqlər