Sen 04, 2017 10:54 Asia/Baku
  • Türkiyə Gülənin adamlarının Almaniyadakı maliyyələrini dondurmağa çalışır
    Türkiyə Gülənin adamlarının Almaniyadakı maliyyələrini dondurmağa çalışır

Türkiyə dövləti bu ölkə müxaliflərinin rəhbəri Gülənin adamlarının Almaniyadakı maliyyələrini dondurmağa çalışır.

Almaniyada çıxan Şpigel nəşri yazıb: Ankara bir müddətdir Amerikada yaşayan Türkiyə müxaliflərinin rəhbəri Fəthullah Gülənin hərəkatı və bu hərəkatın Almaniyadakı üzvlərinin maliyyələrini dondurmağa çalışır.

Nəşrin yazdığına görə, bi istiqamətdə ötən yazda ehtimal üzrə Gülən hərəkatı ilə əlaqədə olan Almaniyadakı səksən türk təbəəsindən ibarət bir siyahı Almaniya xarici işlər nazirliyinə təqdim olunub.

Almaniya dövləti Türkiyə dövlətinin həmin şəxslərə qarşı maliyyə addımları üzrə istəyini rədd edib və Almaniya xarici işlər nazirliyi iyun ayının sonlarında Ankara rəsmilərinə müraciət göndərərək, onların istəyini əsassız adlandırıb.

Almaniya kansleri Angela Merkel də dünən bu ölkə vətəndaşlarından bir neçəsinin Türkiyədə həbs olunmasını kəskin şəkildə tənqid edibdir.

2016-cı ilin 15 iyulunda Türkiyədə baş vermiş uğursuz çevrilişin ardınca bu ölkə dövləti Fəthullah Gülənin adamlarına qarşı geniş hərəkətlər həyata keçiribdir.

Teqlər