Sen 07, 2017 12:36 Asia/Baku
  • Ərdoğan AB-ni riyakar adlandırıb
    Ərdoğan AB-ni riyakar adlandırıb

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan Almaniya kanslerinin Türkiyəyə qarşı etdiyi son bəyanatına münasibət bildirərkən Almaniyanı faşist olmaqda, Avropa Birliyini isə riyakarlıqda ittiham edib.

İSNA-nın verdiyi məlumata görə, Türkiyə prezidenti alman siyasətçilərini taşist və nasist adlandıraraq Avropa Birliyindən Ankara barədə sədaqətli mövqe tutmasını istəyib. 

Ərdoğan AB-ni riyakarlıqda və siyasi durğunluqda ittiham edərək deyib: Avropa Birliyi ya Türkiyəyə qarşı öz öhdəliklərinə sadiq qalmalı və Türkiyənin bu birliyə üzvlüyünə yol açmalı ya da bunu etməyəcəyini açıq-aşkar şəkildə bildirməlidir. 

Almaniya kansleri bu gün Bundestaqda etdiyi çıxışında deyib:  Türkiyə ilə əlaqələrin qələcəyi barədə fikir mübadiləsi aparmalıyıq və hesab edirəm ki, oktyabrda bu mövzunu Avropa Şurasında müzakirə edəcəyik, müzakirəmiz Türkiyənin AB-yə üzvlüyü barədə danışıqların müvəqqəti olaraq dayandırılması yaxud bir dəfəlik bu danışıqlara son qoyulması mövzularını əhatə edəcək. 

Teqlər