Sen 18, 2017 15:44 Asia/Baku
  • Türkiyə İraqla sərhəd yaxınlığında hərbi təlim keçirdi

Türkiyə ordusu İraqla sərhəd yaxınlığında öncədən elan olunmamış hərbi təlimlərə başladığını bildirib.

Associated Pressin məlumatına görə, Türkiyə ordusu bildirib: Bu hərbi təlimlər bu gündən Türkiyə və İraq Kürdüstanı arasında Silopi şəhəri yaxınlığında başlanıb.

Türkiyə Kürd muxtariyyətinin İraqdan ayrılması üzrə referendumun keçirilməsinə qarşıdır və İraq kürd muxtariyyəti rəsmilərindən bu referendumu ləğv etməsini istəyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bazar günü BMT Baş Assambleyasının 72-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfər etməzdən öncə İstanbul hava limanında jurnalistlərə verdiyi açıqlamada deyib: İraq kürdlərinin İraqdan ayrılması üzrə referendumun keçirilməsinə dair qərarı tamamilə yanlış hərəkətdir və Türkiyə buna icazə verməyəcək.

Kürd muxtariyyətinin İraqdan ayrılması üzrə referendumun 25 sentyabrda keçirilməsi qərara alınıb.

Teqlər