Türkiyə və İraq bir sərhəd keçid məntəqəsinin açılması haqda razılığa gəliblər
https://azeri.sahartv.ir/news/türkiyə-i285417-türkiyə_və_İraq_bir_sərhəd_keçid_məntəqəsinin_açılması_haqda_razılığa_gəliblər
İraq mənbələri bu ölkə ilə Türkiyə arasında "Habur" sərhəd keçid məntəqəsinin açılması barədə anlaşmanın əldə edilməsindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 18, 2017 20:54 Asia/Baku
  • Türkiyə və İraq bir sərhəd keçid məntəqəsinin açılması haqda razılığa gəliblər

İraq mənbələri bu ölkə ilə Türkiyə arasında "Habur" sərhəd keçid məntəqəsinin açılması barədə anlaşmanın əldə edilməsindən xəbər veriblər.

İraq Xəbər Agentliyinin verdiyi məlumata görə, Türkiyə və İraq Habur sərhəd keçid məntəqəsinin açılması barədə razılığa gəliblər. Bu keçid məntəqəsi İraq Kürdüstanından keçmir. Tələfər və Kərkükdən keçən bu yol Türkiyəni Bağdad və İraqın digər şəhərlərinə birləşdirir. 

İraq mənbələrinin bildirdiyinə görə, Türkiyə İraq Kürdüstanı ilə bütün sərhəd keçid məntəqələrini bağlamaq və İraq ilə bütün gediş-gəlişləri Habur keçid məntəqəsinə yönəltmək istəyir. 

İraq Kürdüstanında separatçı referendumun keçirilməsinin ardınca, İraq hökuməti İraq Kürdüstanı Muxtariyyatına qarşı cəza tədbirləri həyata keçirməyə başlayıb.